Eduard Şarmazanov: "Paşinyana dedin ki, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq"
Ölçü:

Ermənistandakı Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib.

Koordinat.az “Sputnik Ermənistan”a istinadən bildirior ki, Şarmazanov Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib:
“Hələ 12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”.

Şarmazanov deyib ki, 19-20 oktyabr danışıqlarında da Paşinyan Rusiya liderinin təklifindən imtina edi və bu, Putin üçün anlaşılmaz idi: “Amma bu gün o, həyasızcasına yalandan deyir ki, Putin onun cavabını “məntiqli” adlandırıb”.

Eduard Şarmazanov 19 oktyabr görüşündə Hadrut və Şuşa haqqında heç bir müzakirə getmədiyini də xatırladıb. Onun sözlərinə görə, baş nazir Paşinyanın "öz əşyalarını toplamasının vaxtı çatıb".


30.11.2020 12:59:00
Oxuma sayı: 41