Petrosyanın müavini Paşinyanın yalanını çıxardı - Moskavadakı gizli görüşü kim pozub...
Ölçü:


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanın Moskva səfərinin təxirə salınmasının səbəblərindən danışıb.

Koordinat.az
xəbər verir ki, həm də “Erməni Milli Konqressi”nin rəhbəri olan Petrosyanın müavini Levon Zurabyan bu məsələyə görə Paşinyanı ittiham edib. O bildirib ki, Ermənistan Baş naziri keçmiş prezidentlərə Moskvaya gedərək Qarabağla bağlı danışıqlar apamaq üçün mandat verməyib. Bununla da milli birliyi pozub.

Paşinyan bu ittihama cavab olaraq qeyd edib ki, “DQR”in keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan erməni milli birliyinin təcəssümü kimi Ermənistan və “DQR”in indiki və sabiq rəhbərlərinin görüşünün təşkil edilməsi barədə təklif irəli sürüblər. Paşinyan təklifi qəbul edib. Lakin sonradan Bako Saakyanla Arkadi Qukasyan bu məsələdə incə bir məqamın olduğunu söyləyiblər. “Növbəti görüşümüzdə Bako Saakyan və Arkadı Qukasyan bildirdilər ki, bu məsələdə incə bir məqam var. Onlar dedilər ki, Levon Ter-Petrosyanla Robert Köçəryan Moskvaya gedərək orada yüksək səviyyəli görüşlər keçirmək istəyirlər və bizim görüşümüz onlar qayıdandan sonra baş tuta bilər. Bu görüş bir növ məlumat mübadiləsinə, vəziyyətin daha dəqiq təhlilinə və müzakirəsinə çevriləcək. Dedim ki, mən bunun əleyhinə deyiləm, getsinlər görşüsünlər. Hətta onlara hökumət təyyarəsi də verərəm. Mənim razılığımdan sonra Bako Saakyanla Arkadi Qukasyan başqa məsələ qaldırdılar. Bildirdilər ki, Rusiya Prezidenti Vladimir Putinin Petrosyanla Köçəryanı xüsusi elçi kimi qəbul etməsi üçün vasitəçilik etməliyəm”, - deyə Paşinyan bildirib.

Ermənistan Baş naziri isə “DQR”in keçmiş rəhbərlərinə deyib ki, o, Putinlə mütəmadi əlaqə saxlayır: “Elə gün olur ki, 4-5 dəfə onunla danışıram. Məndən soruşsa ki, ona birbaşa deyə bilmədyim hansı məsələ var ki, bunu xüsusi eləçilər vasitəsilə çatdırmaq istəyirəm, nə cavab verəcəm?”

Bundan sonra Paşinyan başqa variant təklif edib. “Dedim ki, Petrosyanla Köçəryan eks-prezidentlər kimi Rusiyaya rəsmi səfər etsinlər. Orada Rusiyanın keçmiş prezidenti və hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedevin qonağı olacaqlar. Orada onların Rusiya Prezidenti, Xarici İşlər naziri və digər yüksək vəzifəli şəxslərlər “nəzakət görüşləri” təşkil edəcəklər. Qukasyan və Saakyan bu variantı Petrosyan və Köçəryanla müzakirə edəcəklərini söylədilər. Lakin mənim variantım onlara o qədər də maraqlı gəlmədi. Mənim üçün gözlənilmədən Saakyan dedi ki, Ter-Petrosyan və Koçaryan artıq Lavrovla görüşmək barədə razılığa gəliblər. Onda mənim nə etməyimi istəyirdilər? Qoy Moskvaya gedib, görüşsünlər”, - deyə Ermənistan Baş naziri bildirib.

Paşinyan deyib ki, həmin vaxt Köçəryanın pasportu məhkəmədə olub: “Dedim ki, məhkəməyə müraciət etsinlər, prokurordan pasportun qaytarılmasına protest verməməyi xahiş edəcəyəm. Belə də oldu. Məhkəmə Köçəryanın pasportunu qaytardı. Amma Petrosyanla Köçəryan Moskvaya uçmadı. İndi məndən nə istəyirlər axı?”, - deyə o vurğulayıb.

30.11.2020 12:33:00
Oxuma sayı: 38