İsa Qəmbər seçkidən danışdı:“Detalları müzakirə edəcəyik”
Ölçü:


“Növbədənkənar seçkilərlər bağlı qərar hakimiyyətin vəziyyətin ağırlığını dərk etməsindən irəli gəlir”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının prezident seçkilərində namizədi İsa Qəmbər “Amerikanın Səsi”nə müsahibəsində bildirib: “Başa düşürlər ki, əgər konstitusiyada nəzərdə tutulan müddəti gözləsələr, seçki keçirmək üçün bu ilin oktyabr ayını gözləsələr, həmin dövrdə cəmiyyətdə sosial-iqtisadi və siyasi narazılıq bu günkündən qat-qat çox olacaq”.

İsa Qəmbər deyib ki, bir tərəfdən böhranın dərinləşməsi və hakimiyyətin böhrana qarşı düzgün vasitələr və üsullar seçə bilməməsi, digər tərəfdən cəmiyyətdə narazılıqların artması, üçüncü tərəfdən də beynəlxalq birliyin, qərbin sistemli fəaliyyəti nəticəsində Rusiyada Putin rejiminin vəziyyətinin ağırlaşması Azərbaycandakı hakim üsul-idarənin də vəziyyətinin ağırlaşmasına gətirib çıxarır: “Ona görə də tələsirlər və tələm-tələsik prezident seçkiləri keçirib hakimiyyətlərini uzatmağa cəhd göstərirlər. Təbii ki, Azərbaycanın demokratik qüvvələri, aparıcı siyasi təşkilatları, bütövlükdə Azərbaycan cəmiyyəti bu məsələyə prinsipial reaksiya verməlidir”.

İsa Qəmbər növədənkənar prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualın cavabında deyib ki, onun namizədliyi qüvvədədir: “Mənim prezidentliyə namizədliyim 2014-cü ilin sentyabrında Müsavat Partiyasının 8-ci qurultayında irəli sürülüb. Ona görə namizədliyim qüvvədədir. Konkret detallarla bağlı müzakirələr aparacağıq”, – o qeyd edib. 
05.02.2018 15:13:00
Oxuma sayı: 743