Azərbaycanda "Aİ-98" markalı benzinin satışı dayandırılıb
Ölçü:


Yanacaqdoldurma məntəqələrində "Ai 98" markalı super benzinin satışı dayandırılıb.

Koordinat.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, super markalı benzini ölkəyə gətirən və satan "SOCAR Petrolium" şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, bu benzinin satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasıdır. Buna görə şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığı üçün super benzinin gətirilməsi hələ ki, dayandırılıb.

Üzeyir Həbibbəyli bildirir ki, super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95" kimi tanınan "Premium" markalı benzindən istifadə edə bilərlər. Onun sözlərinə görə, super benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində bahalaşma olmayacaq.

Xatırladaq ki, super benzini Azərbaycanda istehsal edilmir, ölkəmiz bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır. Yeni alınacaq benzin də ölkəyə Rumuniyadan gətiriləcək. Super benzinin ən geci 1 aya sürücülərə təqdim ediləcəyi gözlənilir. 
13.11.2017 21:23:00
Oxuma sayı: 1655