Zod qızıl mədənində nə baş verir?
Ölçü:


Azərbaycan hərbçiləri Ermənistanın dövlət sərhəddini pozmayıb.

Koordinat.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib. Bundan əvvəl müxalif  “Çiçəklənən Ermənistan” partiyasının təəmsilçisi Naira Zöhrabyan iddia etmişdi ki, Zod qızıl mədəninin işçiləri Azərbaycan hərbçilərinə görə təxliyyə olunub. O əlavə etmişdi ki, Zod bu günlərdə Azərbaycana təhvil verilən Kəlbəcər rayonu ilə sərhəddir.

Xaçatryanın sözlərinə görə isə bu ərazidə Azərbaycan, Ermənistan və Rusiya hərbçilərinin iştirakı ilə demarkasiya işlərinə başlanılıb. Onun sözlərinə görə, Zod qızıl mədənində Rusiyanın “GeoProMining Gold” şirkəti müəyyən bir ərazini hasara alıb və təhlükəsizlik məqsədi ilə nəzarət postu qoyulub. "Ermənistan silahlı qüvvələri bu işlərdə iştirak etməyib"- deyə Xaçatryan vurğulayıb.

O əlavə edib ki, Azərbaycan tərəfi bu ərazinin onun mülkiyyəti olması və oradakı insanların təxliyyə edilməsi məsələsini qaldırıb.  Azərbaycan hərbçiləri Rusiya şirkətinin nümayəndələri ilə uzun müddət danışıqlar apardıqdan sonra işçilər ərazini tərk ediblər.
27.11.2020 11:42:00
Oxuma sayı: 38