Koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir
Ölçü:

Yoluxma pik həddə çatdıqca, ağır və kritik vəziyyətdə olan xəstələrin sayı da artır.

Koordinat.az
-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O,  qeyd edib ki, COVID-19-a yoluxan bütün xəstələrin 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir: "Yəni xəstəliyin ağır formaları bütün xəstələnmə hallarının təxminən 20 faizini təşkil edir. Onların arasında çox ağır, kritik vəziyyətdə olanların sayı 5 faizdir".

Baş infeksionist Azərbaycanda COVİD-19-dan orta ölüm səviyyəsinin Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisədə aşağı olduğunu da deyib.

27.11.2020 10:48:00
Oxuma sayı: 36