Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır - BƏYANAT

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.
Koordinat.az "TASS"a istinadla bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına çağırış edən qətnamə qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır", - deyə bəyanatda bildirilir.

27.11.2020 09:27:00
Oxuma sayı: 46