Ermənilər Laçını belə talan edirlər

Ermənilər Kəlbəcər rayonunu tərk edərkən etdikləri biabırçı əməlləri eynilə Laçında da təkrarlayırlar.
Koordinat.az xəbər verir ki, Laçın rayonunu tərk etməyə başlayan ermənilər evləri yandırır, qapı-pəncərə çərçivələrini, elektrik kabellərini söküb aparırlar.
Qeyd edək ki, noyabrın 10-da bağlanmış üçtərəfli müqaviləyə əsasən, erməni işğalçıları dekabrın 1-də Laçın rayonunu tamamilə tərk etməlidir.
26.11.2020 13:25:00
Oxuma sayı: 58