Türkiyə və Rusiyanın Qarabağ planı ABŞ üçün gözlənilməz olub
Ölçü:


İkinci Qarabağ savaşında Türkiyə və Rusiyanın aparıcı rol oynaması, bölgədəki digər maraqlı oyunçuların oyundankəna vəziyyətə salınması beynəlxalq dairələrdə ciddi müzakirə mövzusudur.

Koordinat.az
xəbər verir ki, bu məsələdə daha çox tənqidə məruz qalan ABŞ-dır. Bu ölkənin nüfuzlu media quruluşları da Vaşinqtonu Qarabağ münaqişəsində tutduğu passiv mövqeyə tənqid edib. “The National İnterest” dərgisi yazır ki, Qarabağda münaqişənin alovlanması və atəşkəs razılaşmasının əldə olunması, Rusiya sülhməramlılarının bölgəyə yerləşməsi Qərb üçün gözlənilməz olub.

Nəşr baş verənlərə görə ABŞ kəşfiyyatını ittiham edib. Məqalədə qeyd edilir ki, amerikalı kəşfiyyatçılar ABŞ-ın mövqeyinin sarsılmasına səbəb olan Türkiyə və Rusiya prezidenləri arasındakı danışıqlar barədə də məlumat toplaya bilməyib.

Beləliklə, Qarabağda atəşin dayandırılmasından sonra Qərbin fəallaşmasının səbəbləri aydın olur. Böyük ehtimalla Qərb indi Qarabağ məsələsində rolunu artırmaqla Türkiyə və Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə çalışır.
24.11.2020 18:13:00
Oxuma sayı: 65