İşğalçı ordunun "Pikap" maşınları da Kəlbəcəri tərk edir – FOTO
Ölçü:

Bu gecə saat 00:00-dan etibarən Kəlbəcər rayonu yenidən Azərbaycan ordusunun nəzarətinə keçəcək.

Koordinat.az
xəbər verir ki, rayonu işğal altında saxlayan Ermənistan öz sonuncu hərbi qüvvələrini də ərazidən çıxarır. İşğalçı ordunun son qalıqları  "Pikap" maşınları ilə Kəlbəcəri tərk edirlər.

Prosesə beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları nəzarət edir.

24.11.2020 16:55:00
Oxuma sayı: 56