Eduard Şarmazanov: "Bu kapitulyasiya Ermənistan tarixinin ən biabırçı səhifəsidir"
Ölçü:

Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov İrəvanın Azərbaycan qarşısındakı kapitulyasiyasını erməni xalqının son 100 ildəki tarixinin ən biabırçı səhifəsi adlandırıb.

Koordinat.az xəbər verir ki, Eduard Şarmazanov Baş nazir Paşinyanın 44 günlük müharibə boyunca  xalqı aldatdığını deyib: "Hökumət 100 faizlik saxta informasiya verdi. İrəvan atəş açmayan silahlar, raketi olmayan təyyarələr aldı. Nikol Paşinyan isə onun qarşısında selfi etdi.

İlham Əliyev Paşinyanın gözündəki qorxunu tutdu. Paşinyan indi Əliyevə heç nə deyə bilmir. Onun buna cəsarəti yoxdur. Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib, deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk”.
24.11.2020 15:13:00
Oxuma sayı: 76