Kəlbəcəri tərk edən erməni kəşfiyyatçıları müharibənin yenidən başlayacağını gözləyir
Ölçü:

Kəlbəcərin işğalından sonra burada qanunsuz məskunlaşmış mülki şəxslər və işğalçı ordusunun bölmələri rayonu tərk etməkdədir.

Koordinat.az xəbər verir ki, Kəlbəcərdə dolaşan və ermənilərin evləri, infrastrukturu yandırıb bu torpaqları necə tərk etdiləri haqda reportajlar hazırlayan amerikalı jurnalist-bloqer Patrik Lankaster Ermənistan ordusunun kəşfiyyat batalyonunun kazarmasını necə boşaltmasından bəhs edir. Qırx dörd günlük müharibənin ilk vaxtlarından Qarabağda dolaşan və ermənilərin “əzab çəkdikləri barədə” reportajlar hazırlayaraq YouTube kanalında yayan jurnalist hərbi əməliyyatların dayandırılmasından əvvəl Amerikaya geri dönsə də, sonradan bölgəyə qayıdıb. O, ermənilərin verdikləri ianə hesabına yenidən Qarabağa dönüb və bu dəfə “erməni əhalisinin öz evlərini tərk etməyə məcbur olduqları” barədə reportajlar hazırlamaqla məşğuldur. Başqa sözlə, bu amerikalı Qarabağdan Azərbaycan əleyhinə qızışdırıcı, təxribat mahiyyətli reportajlar hazırlayıb yayan rusiyalı jurnalist “WarGonzo” layihəsinin müəllifi, Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində cinayət işi qaldırıb axtarışa  verdiyi Semyon Peqovun oxşarıdır. Amma nədənsə Azərbaycan hüquq-mühafizə orqanları hələ ki, Lankasterin fəaliyyətinə diqqət yetirmirlər.
Hərçənd onun reportajlarında düşmənin fəaliyyətləri və işğal etdiyi ərazilərdən çəkilərkən nələr törətdiyi haqda faktları da görmək mümkündür.

Amerikalı jurnalist Kəlbəcərdə işğalçı ordunun kəşfiyyat batalyonun qarşısında dayanaraq erməni hərbçilərinin öz kazarmalarını necə boşaldıb əşyaları maşına yüklədiyini nümayiş etdirir. Batalyonun komandiri, kapitan Varkis Bagdasaryan deyir ki, onlara Kəlbəcəri tərk etmək üçün noyabrın 25-dək vaxt veriblər. Ona görə də indi kazarmanı boşaldırlar.

Kəlbəcərdə 6 ildən çoxdur "xidmət edən” Bagdasaryan nə vaxtsa yenə müharibə olacağına inanıdığını da söyləyib.
24.11.2020 13:47:00
Oxuma sayı: 54