30 min 787 nəfər koronavirus xəstəsi evdə müalicə olunur

Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlanıb.
Koordinat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, həmin şəxslərin sayı 30 787 nəfərdir. 2 691 nəfərə yeni diaqnoz qoyulub. Bakı şəhərində 41 COVID-19 məntəqəsi var.
N. Mürsəlova əlavə edib ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.
24.11.2020 11:48:00
Oxuma sayı: 49