Qızıl Xaç Komitəsinin prezidenti: “Qış başlamamış cəsədlər tapılmasa...”
Ölçü:



Qarabağdakı 44 günlük müharibəsən sonra tərəflərin nəzarəti altında olan və tapılması asan olan meyitlər götürülüb.

Koordinat.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer deyib. O bildirib ki, əsas çətinlik təmas xəttində, minaların olduğu yerdə işləməkdir: "Orada meyitləri tapmaq çox çətindir. BQXK bu işi maksimum ləyaqətlə həyata keçirmək, meyitlərin şəxsiyyətini müəyyənləşdirmək və qohumlarına təslim etmək üçün ən yaxşı təcrübəyə sahibdir”.

P. Maurer bu işin təxirə salınacağı halda ən xoşagəlməz nəticələrin yarana biləcəyini qeyd edib: “Torpaq çirklənməsi ola bilər. Qış başlamazdan əvvəl cəsədlər tapılmazsa, daha sonra qurbanların şəxsiyyətini müəyyənləşdirmək çətin ola bilər. Çünki qışda qalıqların çürüməsi ehtimalı var. Keçmiş təcrübəmizdən bilirik ki, tez bir şəkildə hərəkət etməsək, itkin düşmüş insanlarla bağlı gələcək müzakirələr çətinləşəcək”.

P. Maurer qeyd edib ki, BQXK missiyasının vəzifəsi münaqişədən zərər çəkmişlərə kömək etməkdir və digər əsas vəzifələrdən biri də müharibədə həlak olanların cəsədlərinin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsidir.

24.11.2020 12:28:00
Oxuma sayı: 46