Ermənistanın ədliyyə naziri də istefa verdi
Ölçü:

Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan istefaya göndərilib.

Koordinat.az
Erməni mətbuatına istinadən bildirir ki, onun yerinə sabiq polis rəisi Ovanes Koçaryanın təyin olunması nəzərdə tutulsa da, o, bu vəzifədən imtina edib.

R.Badasyan nazir vəzifəsinə 2019-cu ilin iyununda təyin olunmuşdu.

Xatırladaq ki, ötən gün elm, təhsil, mədəniyyət və idman naziri Araik Arutyunyan istefaya göndərilmişdi. Daha əvvəl isə müdafiə naziri, xarici işlər nazirləri istefa vermişdi.

24.11.2020 10:55:00
Oxuma sayı: 41