Professor Şahlar Əsgərovun yeni kitabı çapdan çıxıb
Ölçü:


Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun "Kamilləşən bəşəriyyət" adlı yeni kitabı işıq üzü görüb.

Koordinat.az
xəbər verir ki, bu barədə Şahlar Əsgərov "Facebook" səhifəsində məlumat yayıb. Professor qeyd edib ki, yenicə çapdan çıxmış kitab fevralın 17-də ölkəmizdə keçiriləcək I Beynəlxalq PR Yaradıcılığı Forumu çərçivəsində təşkil ediləcək Beynəlxalq Təhsil Panelində ictimaiyyətə təqdim ediləcək.

"Kitabın ideyası Beynəlxalq Təhsil panelində müzakirəyə çıxarılacaq mövzularla çox uyğunluq təşkil edir. Məqsədli, özünəinamlı və yaradıcı fərdlər hər günün tələbidir. Eləcə də hər kəs ictimaiyyətlə əlaqə qurur. Bu baxımdan ictimaiyyətlə əlaqələrdə hər hansı qüsur olmamalıdır. Təhsildə yaradıcılıq şagirdlərin özlərini tanıması, xəyal güclərinin formalaşdırılması baxımından çox əhəmiyyətlidir. Nəzərə alaq ki, bu gün əksər şagird özünü tanımır, yaradıcı yanaşmalar sərgiləmir. I Beynəlxalq PR Yaradıcılığı forumu bu kimi problemlərin həllinə müəyyən töhfə verəcək" deyə, Şahlar Əsgərov bildirib.

Professor fərq yaratmaq istəyən hər kəs bu forumda vəal iştiraka dəvət edib.

04.02.2018 22:54:00
Oxuma sayı: 1334