İranlı nazirin Bakı və Moskva səfərləri təxirə salındı
Ölçü:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də  Azərbaycana və Rusiyaya planlaşdırılan səfərləri təxirə salınıb.

 Koordinat.az
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin büdcə iclasları ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - o vurğulayıb.

21.11.2020 17:58:00
Oxuma sayı: 47