Sergey Şoyqu Nikol Paşinyana: "Bundan sonra Qarabağda dinc həyat qurmaq lazımdır"
Ölçü:


"Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq".

Koordinat.az
“Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Aratyunyanla görüşündə deyib:

“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən (noyabrın 20-də - red.) bu proses başa çatdı. Biz Xankəndiyə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xankəndidən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, - Şoyqu bildirib.

Sergey Şoyqu vurğulayıb ki, Rusiya bundan sonra Dağlıq Qarabağda qan tökülməsinə imkan verməmək niyyətindədir: “Ümid edirəm ki, bundan sonra Qarabağda dinc həyat qurmaq üçün çox iş var və bizim tərəfimizdən təbii ki, əsas vəzifə qan tökülməsinə imkan verməməkdir. Böyük bir planla gəlmişik, həyata keçirəcəyimizə ümid edirik".

Qeyd edək ki, Rusiyanın bir neçə nazirindən ibarət nümayəndə heyəti Ermənistanda səfərdədir.

21.11.2020 12:11:00
Oxuma sayı: 56