Putin: “Moskva ilə Ankaranın münasibətləri tam bərpa olundu”
Ölçü:


“Moskva və Ankaranın münasibətlərinin praktik olaraq tam  bərpa olunduğunu hesab etmək olar”.

Koordinat.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə prezident Putin həmkarı Ərdoğanla Soçidə görüşü zamanı bəyan edib. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində əmtəə mübadiləsi 2016-cı ilə nisbətən 3 dəfə artıb. Prezident əlavə edib ki, Türkiyə ilə bütün istiqamətlər, o cümlədən Suriya böhranının tənzimlənməsi  üzrə iş aparılır.  O, səfərə görə Ərdoğana təşəkkür edib: “Doğrudan da qeyd etdiyniz kimi, biz sizin lap yaxınlığınızadıyq. Cəmi bir saatdan çox uçuş vaxtı var”.

Ərdoğan öz nöbəsində diqqəti ikitərəfli əməkdaşlığa və regional məsələlərə yönəldib.  O deyib ki, Moskva ilə Ankaranın siyasi-hərbi-ticarət sahəsində olan münasibətləri hər gün daha çox inkişaf edir.   

Dar çərçivədəki görüşdən sonra geniş iclas planlaşdırılır. Bundan sonra hər iki prezident KİV üçün bəyanatla çıxış edəcəklər. 
13.11.2017 19:28:00
Oxuma sayı: 112