Qarabağda 3,1 min kv/kim ərazi sülhməramlıların nəzarətindədir – XƏRİTƏ
Ölçü:

Rusiya sülhməramlıları Dağlıq Qarabağda təmas xətti boyunca 22 post quraşdırıb.

Koordinat.az xəbər verir ki, sülhməramlıların nəzarət edəcəyi ərazilərin sahəsi hesablanıb. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altındakı 11,4 min kvadrat kilometr ərazinin 3.716 kvadrat kilometri döyüşlər zamanı geri aldığı, 5.174 kvadrat kilometri isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq Ermənistan Ordusunun 1 dekabra qədər tam tərk edəcəyi ərazilərdir.

Beləliklə, Rusiya sülhməramlıları Dağlıq Qarabağın 3,1 min kvadrat kilometrlik hissəsində qərarlaşıb. Həmin əraziyə Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələri daxildir ki, bu ərazilər də yaxın illərdə Azərbaycanın tam nəzarətinə inteqrasiya olunacaq.

Rusiyalı sülhməramlıların nəzarət etdiyi kiçik ərazini çıxmaq şərtilə Azərbaycan işğal altındakı torpaqlarının 74,8%-ni işğaldan tam azad edib.

20.11.2020 15:21:00
Oxuma sayı: 49