Kreml: “Üçtərəfli bəyanatla bağlı təhrifetmə müşahidə olunur”
Ölçü:

"Dağlıq Qarabağ məsələsi üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının reallaşdırılması ilə bağlı susqunluq, bəzən isə təhrifetmə müşahidə olunur".

Koordinat.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Qərb ölkələrinin üçtərəfli bəyanatla bağlı təmkinli reaksiyası təəccüb doğurur: “Bir ay, ay yarım əvvəl hamı atəşin dayandırılmasını səbrsizliklə gözləyirdi. Atəşkəs baş tutdu və indi də davam edir. Amma biz Qərbin adətən, göstərdiyi tamformatlı reaksiyanı görmürük. Bəzən isə Qərb ölkələrinin nümayəndələrinin açıqlamalarında Rusiyanın rolu ümumiyyətlə qeyd olunmur. Sanki söhbət ikitərəfli bəyanatdan gedir. Təəccüblü olsa da, bu da faktdır”.
20.11.2020 17:53:00
Oxuma sayı: 272