Koronovirusun ən çox yayıldığı rayonlar - SİYAHI
Ölçü:


Ölkə üzrə COVID-19-a yoluxma statistikasında yenə də ən yüksək yoluxma Bakı şəhərinin payına düşür.

Koordinat.az
xəbər verir ki, paytaxtda yoluxanlar ümumi yoluxanların 53.5 faizini təşkil edir. Rəsmi məlumata görə, Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir. Ölkə xaricində yoluxanlar isə 0,7 faizdir.
18.11.2020 10:11:00
Oxuma sayı: 40