ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Bakıyadır
Ölçü:



ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirmək üçün Bakıya səfərə gəlib.

Koordinat.az
xəbər verir ki, bu barədə “Trend”ə diplomatik mənbədən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər. Belə ki, fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıya səfərə gələcəkləri bildirilib. Əsas görüşlər fevralın 7-də keçiriləcək.
03.02.2018 21:02:00
Oxuma sayı: 626