İşğaldan azad olunmuş kənddə “Gələcəyə nəfəs ol!” şüarı ilə... - FOTO
Ölçü:

Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib.

Koordinat.az
-ın məlumatına görə, bunu jurnalistlərə nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, ETSN-nin əməkdaşları tərəfindən ərazidə əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.

11.11.2020 17:22:00
Oxuma sayı: 3212