Putin və Ərdoğan arasında görüş başlayıb
Ölçü:


Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilir ki, məhdud çərçivəli görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək, daha sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

V. Putin görüşdə bildirib ki, Moskva və Ankara münasibətləri praktiki olaraq tam bərpa olunmuş sayıla bilər. Ərdoğan isə deyib ki, Rusiya və Türkiyə münasibətləri gündən-günə inkişaf edir.

 

 
13.11.2017 18:56:00
Oxuma sayı: 61