Bayıldakı sürüşmə zonasında işıq, qaz və su xətləri sökülür
Ölçü:


Bakının Səbail rayonunda Bayıl yamacındakı sürüşmə zonasına gedən bütün su, qaz və işıq xətləri şəbəkədən ayrılaraq sökülür.

Koordinat.az
xəbər verir ki, bu barədə "Trend"ə ərazidəki mənzil sahibləri bildiriblər.
Sakinlər qeyd ediblər ki, ərazidə çatlar əmələ gələndən sonra mənzillərə elektrik enerjisi, su və qaz verilişi dayandırılmışdı: "Həmin vaxt sadəcə qaz, su və işığın verilməsi dayandırılmışdı. Lakin artıq xətlər əsas hissədən ayrılaraq sökülür. Axşamlar qadınları və azyaşlıları sığınacaqlara göndəririk, kişilər isə evdə olur".

Sakinlərin sözlərinə görə, ərazidə yeni çatlar da əmələ gəlib və sürüşmə aktivdir: "Dünən yeni çatlar əmələ gəlmişdi. Bu çatlar evlərdə də hər gün hiss olunur".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəzalı vəziyyətdə olan ərazilərə verilən su xəttinin ayrılmasını təsdiqləyib.
03.02.2018 10:19:00
Oxuma sayı: 14287