Bakıda yaşıllıq sahələri artırılır - FOTO
Ölçü:

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilişlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Koordinat.az-a verilən məlumata əsasən paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb. Bildirilib ki, təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi  plan  Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır. Əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın  ağaclarından istifadə olunması nəzərdə tutulur.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcəkdir.
03.11.2020 12:43:00
Oxuma sayı: 3231