Paşinyan danışıqlara gəlmir: son əsgərə qədər müharibə
Ölçü:

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini öz maraqlarına qurban verir.

Koordinat.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Mixail Borisovun müəllifi olduğu “Vesti Kafkaza” xəbər portalında nəşr olunmuş analitik materialda bildirilir: “Dağlıq Qarabağda hərbi eskalasiyanın növbəti mərhələsi bir aydan çoxdur davam edir. İrəvan Rusiyanın vasitəçiliyi əsasında Bakı ilə danışıqlardan imtina edir. Son əsgərə qədər müharibə - Ermənistanın Baş naziri Nikol Paşinyan bu şüar altında Qarabağ münaqişəsinin həllinə yanaşdığını bəyan edir”.

Müəllif yazır ki, uzun illər dövlət və qonşu ölkələrlə münasibət qurmaq konsepsiyasının olmaması ilə müşayiət edilən hakimiyyətin zəifliyi və qeyri-müəyyənliyi Ermənistanı müharibəyə sürükləyib və eskalasiyanın hazırkı mərhələsi ölkənin siyasi, iqtisadi, hərbi və ideoloji cəhətdən çöküşünə səbəb olub.

“Paşinyanın niyə Azərbaycanın hərbi üstünlüyü şəraitində “sonuncu əsgərə kimi müqavimət” taktikasını seçdiyini başa düşmək çətindir. Yəqin ki, Ermənistan Baş naziri separatçıların ABŞ-dakı maraqlarını dəstəkləyən lobbiçilərə ümid edərək vaxt qazanmağa çalışır. Ancaq indi ABŞ-da prezidentlik kampaniyasının final mərhələsidir və bu səbəbdən İrəvan Amerika diasporasının tam dəstəyinə ümid edə bilməz. Paşinyanın hakimiyyəti dövründə Ermənistan-Rusiya münasibətləri açıq-aydın soyudu və İrəvanın Qarabağ münaqişəsinin həllində KTMT-nin dəstəyinə arxalanmağa haqqı yoxdur”, - deyə məqalədə vurğulanır.

Məqalədə qeyd edilir ki, bu gün Paşinyanın iki seçim arasındadır: Ya işğalçılıq siyasətini davam etdirmək, ya da Qarabağın işğaldan azad edilməsi ilə bağlı danışıqlara başlamaq. Ki, bunun sayəsində insan ölümlərinin qarşısını almaq mümkündür. Lakin müəllif hesab edir ki, Ermənistan Baş naziri birinci variantı seçəcək. Çünki Qarabağ cəbhəsindəki hadisələrin dinamik xarakteri, bir növ siyasi liderlərin və klanların eyforiyası, hakimiyyət uğrunda mübarizə həvəsi qonşularla barışıq məsələsini arxa plana atıb.

Mixail Borisov daha sonra yazır: “Erməni hakimiyyət orqanları Qarabağ böhranının Ermənistanın özündə kəskin bir sosial problemə çevrilməsinə şərait yaradır. Yaxın gələcəkdə dövlət strukturlarının böharnla üzləşmə riski humanitar kollapsa çevrilə bilər. İrəvan özünü beynəlxalq təcrid vəziyyətində sala bilər. Çünki Ermənistan rəhbərliyi öz xalqını etno-ərazi mafiyasının mənafeyinə qurban verməklə həm ən yaxın tərəfdaşlarını, həm də çox milyonluq diaspor nümayəndələrini itirmək riski ilə üz-üzədir”.

03.11.2020 11:37:00
Oxuma sayı: 1265