Paşinyan Putindən yenə kömək istədi - bu dəfə rəsmi məktub yazdı
Ölçü:

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan məktubda Rusiyadan 1997-ci ildə iki ölkə arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə əsaslanaraq yardım istəyib.

Paşinyan Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün Rusiya tərəfinin göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamağı Putindən xahiş edib.

Xatırladaq ki, Paşinyan son bir ayda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Putinə ən azı 5-6 dəfə zelefonla zəng edib.
31.10.2020 10:34:00
Oxuma sayı: 195