Düşmənin daha 2 “Smerç” raket sistemi məhv edilib
Ölçü:

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.
30.10.2020 17:27:00
Oxuma sayı: 203