İzmirdəki zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur
Ölçü:


İzmir şəhərində baş verən zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat daxil olmayıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. O, Azərbaycanın Türkiyədəki səfirliyi İzmir valiliyi və Türkiyənin Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yaradır: "Bu xüsusda hər hansı əlavə məlumat olduğu zaman ictimaiyyətə məlumat veriləcək".

30.10.2020 17:11:00
Oxuma sayı: 24