Türkiyədə güclü zəlzələ: dağıntılar var
Ölçü:

Türkiyənin Egey bölgəsində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində bəzi tikililər dağılıb.

Koordinat.az xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Kösger hadisə barədə ilkin məlumatda bildirib. Məlumatda şəhərin Bayraklı və Bornova bölgələrində binaların dağıldığı, ərazidə toz dumanın olduğu bildirilir. Hazırda əraziyə xüsusi xilasedici briqadalar cəlb olunub. Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Qeyd edək ki, otuz saniyə davam edən zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur. Təkanların ocağı yerin 16,54 kilometr dərinliyindədir.

Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.
30.10.2020 16:46:00
Oxuma sayı: 20