Kamran Əliyev: "Ermənilər əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər”
Ölçü:


“Ermənilər əsir düşmüş Azərbaycan hərbçilərini başından güllələyiblər”.

Koordinat.az
xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, Hərbi prokurorluq tərəfindən aparılan istintaqla muzdluların Ermənistan tərəfindən iştirak etməsi sübut olunub: “Bizdə erməni muzdlularına aid cəsədlər var. 30 cəsədi Ermənistana verdik, amma onlar bizə cəsəd vermədi. Bizdə olan erməni cəsədlərinin bəzilərinin yaşı hərbçiyə uyğun deyil. Biz zamanı gələndə bunları açıqlayacağıq".

Kamran Əliyev ermənilərin azərbaycanlı əsirlərə qarşı qəddar münasibət göstərdiyini də açıqlayıb: "Bizim əsirlər və meyitlərə qarşı amansız davranış göstərilib. Əsir götürülmüş azərbaycanlı hərbçiləri yaxın məsafədən, başlarına, ürəklərinə dirəyərək atəş açıb və qətlə yetiriblər. Belə faktlar mövcuddur”.

30.10.2020 15:38:00
Oxuma sayı: 145