Azərbaycan Avropa Məhkəməsinə müraciət edib
Ölçü:


Oktyabrın 27-də Azərbaycan Avropa Məhkəməsinə müraciət edib. Müraciətdə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində külli miqdarda insan haqların;n pozulduğu öz əksini tapıb.

Koordinat.az
-ın məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə 1-ci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

E.Əmirbəyov qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı faktlar artıq təqdim olunub: “Həyat hüququnun pozulması ilə bağlı maddə imkan verir ki, Azərbaycanın müraciətinə baxılsın. Yaxın vaxtlarda müraciətə baxılacaq və Ermənistandan bununla bağlı izahat tələb olunacaq. Artıq video foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub”.

E.Əmirbəyov qeyd edib ki, xüsusilə kaset bombalardan istifadəilə bağlı beynəlxalq təşkilatlara bildirilib.

30.10.2020 14:45:00
Oxuma sayı: 21