Ermənistan hərbi tribunala veriləcək
Ölçü:

Azərbaycan dövləti hüquqi müstəvidə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır. Bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var.

Koordinat.az
-ın məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcüvüzü nəticəsində çoxsaylı cinayətlər törədilib: “Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Bu gün hərbi əməliyyatlıarın gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edilir. Bu günə qədər Ermənistan danışıqlar prosesində danışıqlar prosesinin formatını dəyişməyə çalışıb. Ermənistan bu gün təcavüz həyata keçirən tərəf olaraq, birbaşa bütün cinayətlərə görə məsuliyyət daşıyır”.

PA rəsmisinin sözlərinə görə, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, mədəni irsin qəsdən məhv edilməsi də hərbi cinayətlərdir: “İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də hərbi cinayətlərdir. İşğal edilmiş ərazilərdə qeyri-qanun iqtisadi əlaqələr də qurulub. Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nətiəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib”.

30.10.2020 14:38:00
Oxuma sayı: 23