Həmsədrlər Cenevrədə görüşüb
Ölçü:


Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu günə planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Koordinat.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Məlumatda bugünkü danışıqların mətbuata qapalı şəkildə keçiriləcəyi vurğulanıb. Bildirilib ki, hələlik müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi məlum deyil.

Xatırladaq ki, Minsk qrupunun iki ölkənin xarici işlər nazirləri ilə görüşü əvvəlcədən oktyabrın 29-na nəzərdə tutulsa da, sonradan görüş oktyabrın 30-na təxirə salınıb. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işgüzar səfərdədir.

30.10.2020 13:19:00
Oxuma sayı: 20