Ermənistan tərəfi döyüş müydanında qalan hərbçilərin cəsədlərini təhvil almaqdan imtina edir
Ölçü:

Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın döyüş meydanlarındakı meyitlərinə sahib çıxmadıqlarını bildirib.

Koordinat.az xəbər verir ki, dövlət başçısı müsahibəsində deyib: "Çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür”.

Ali Baş Komandan müsahibəsində bildirib ki, hər dəfə erməni tərəfi bəhanələrlə bunu döyüşlərin getdiyi ərazilərdə verməyi israr edib: “Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik, yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi - bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər”.

Qeyd edək ki, yayılan məlumatlara görə Ermənistan tərəfi döyüş meydanlarında qalan 1500 meyiti təhvil almaqdan imtina edir. Həmin cəsədləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları əldə edilmiş müvəqqəti atəşkəs dövründə döyüş meydanlarından çıxarıb. Cəsədlər əvvəlcə Qazax istiqamətindən təhvil verilməli imiş (dünən yalnız 30 cəsəd və iki əsir düşmüş mülki şəxs Ermənistana qaytarılıb). Hətta cəsədlər həmin istiqamətə gətirilib də. Lakin ermənilər cəsədləri qəbul etməkdən imtina ediblər.

Ekspertlər bunun səbəbini belə şərh edir ki, artıq döyüş meydanında ağır məğlubiyyətlə üzləşən Ermənistan hökuməti 1500 cəsəd problemi ilə üzləşmək istəmir. Ermənistan hakimiyyəti belə bir məsuliyyəti üzərinə götürməkdən çəkinir. Çünki birdən-birə ölkəyə 1500 cənazə gətirilməsi ölkədə xalq etirazlarına, üsyana səbəb ola bilər. Ermənistan hökuməti də bunu dərk edərək vəziyyətdən çıxış yolu axtarır. Hələlik çıxış yolunu meyitləri almamaqda görürlər. Mötəbər qaynaqlar onu bildirir ki, 1500 cəsəddən əlavə döyüş meydanında xeyli sayda da erməni cəsədləri qalıb.

Xatırladaq ki, iki gün əvvəl azərbaycanlı hakerlərin əldə edərək yaydığı siyahıda 5400-dən artıq erməni hərbçinin adı, soyadı, ata adı və təvəllüdlü vardı. Bəzilərinin isə fotoları var. Ermənistan tərəfi rəsmi olaraq bu məlumatları heç bir halda təkzib etməyib. Hakerlərin əldə etdiyi siyahı, Azərbaycan tərəfində olan erməni meyitlərini və hələ də döyüş meydanlarında qalan erməni itkilərini saydıqda ümumi itkiləri 10 min nəfərə yaxınlaşır.

Onu da qeyd edək ki, döyüş meydanları erməni leşilə doludur. Düşmən meyitlərinə sahib çıxmadığından çoxu çürüyüb, tanınmaz hala düşür. 
30.10.2020 12:58:00
Oxuma sayı: 202