Dövlət müəssisələrində işçi sayının 30 faiz azaldılması...
Ölçü:


İctimai yerlərdə, ailə daxilində yoluxmalar çox artıb. Dövlət müəssisələrində işçi sayının 30 faiz həddində azaldılması məhz koronavirusun yayılmasının qarşısını almağa yönəlib.

Koordinat.az
-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, hər kəsin qaydalara uyğun davranması ümumi nəticələrə təsir edir: “Bu bir fərdin, bir şəxsin qaydalara riayət etməsindən, maska taxmasından, gigiyenik qaydalara riayət etməsindən asılı deyil. Ona görə də hazırda cəmiyyətimizin üz-üzə qaldığı, xalqımız üçün şanlı bir dövrdə hər bir vətəndaşımızın qarşımızda duran milli maraqlara nail olmaq baxımından qoyulmuş qaydalara riayət etməkdir”.

 

30.10.2020 11:35:00
Oxuma sayı: 32