Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan yazdı
Ölçü:


Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın bu gün Bərdədə mülki insanlara qarşı törədiyi terror əməlini pisləyib.

Koordinat.az
-ın məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində yazıb. Səfir bildirib ki, Ermənistanın bu əməli pislənməlidir: “Bu gün Azərbaycanın Bərdə şəhərində çoxsaylı insan tələfatı ilə bağlı üzücü xəbər aldıq. Beynəlxalq səviyyədə qadağan olunmuş silahdan mülki əhaliyə qarşı istifadə qəbuledilməzdir və bu əməl birmənalə şəkildə pislənməlidir. Möhkəm dayan Azərbaycan!”.

28.10.2020 18:12:00
Oxuma sayı: 157