Prezident "Twitter"də yazdı: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"
Ölçü:

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı paylaşım edib.

Koordinat.az
xəbər verir ki, Prezident bu barədə "Twitter" hesabında yazıb: "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

28.10.2020 16:23:00
Oxuma sayı: 113