Bərdədə həlak olanların sayı 19-a çatdı - 60-dək yaralı var
Ölçü:


Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.

Koordinat.az xəbər verir ki, açıqlamada deyilir: "2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".
28.10.2020 15:22:00
Oxuma sayı: 204