Bərdəyə növbəti raket zərbəsi: 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb
Ölçü:

Bu gün Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb.

Bu barədə Koordinat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirib. Nəticədə 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.


28.10.2020 14:37:00
Oxuma sayı: 30