Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu
Ölçü:

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir.

Koordinat.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.
 
Xəsarət alan yoxdur.

28.10.2020 11:39:00
Oxuma sayı: 93