Ermənilər Çəmbərək, Vardenis və Gorusdan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlını atəşə tutub
Ölçü:

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Koordinat.az
xəbər verir ki, bu haqda Müdafilə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

28.10.2020 10:08:00
Oxuma sayı: 24