Bərdəyə atılan raket nəticəsində yaralanan 14 nəfərdən 4-ü uşaqdır
Ölçü:


Ermənistan silahlı qüvvələri tərəfindən bu gün saat 16 radələrində Bərdə rayonuna atılan raket nəticəsində 14 nəfər yaralanıb.

Koordinat.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezident köməkçisi Hikmət Hacıyev deyib.  Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onların 9, 14, 15 yaşları civarındadırlar. Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub.

Bu arada Baş Prokurorluq Bərdəyə atılan raket zərbəsi nəticəsində həlak olan dinc sakinlərin adlarını açıqlayıb. Məlumata görə, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub.
27.10.2020 19:44:00
Oxuma sayı: 30