Bərdəyə atılan raket 4 nəfərin həyatına son qoydu
Ölçü:


Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə atılan raket zərbəsi nəticəsində həlak olan mülki şəxslərin sayı 4-ə çatıb.

Koordinat.az xəbər verir ki, Bərdə rayonu ərazisinə atılan Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilsə də, ətrafa yayılan qəlpələr ən azı 10 nəfərin yaralanması və 4 nəfərin həlak olması ilə nəticələnib.

Həlak olanlardan biri 8 yaşlı qız uşağıdır.

27.10.2020 18:03:00
Oxuma sayı: 27