Tofiq Zülfüqarov: "Sülh danışıqlarında Türkiyə-Rusiya formatı faydalı ola bilər"
Ölçü:

"Proseslər onu göstərir ki, Rusiya son illər Minsk Qrupunun həmsədri kimi daha aktiv oyunçu idi. İndisə Türkiyə fəallaşıb. Türkiyə tərəfindən verilən hərbi-siyasi bəyanatlar onu deməyə əsas verir ki, Ankara artıq münaqişənin aktiv bir regional oyunçusuna çevrilib".

Koordinat.az xəbər verir ki, bunu keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, indi ən aktual format Rusiya-Türkiyə formatıdır: "Ən azı Azərbaycan ictimaiyyəti bu formatı müsbət qəbul edəcək.  Biz başa düşməliyik ki, danışıqlarda hansısa nəticələr əldə etmək üçün ən azı vasitəçilərə inam və etibar olmalıdır. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan cəmiyyətində Rusiyaya münasibət bir qədər dəyişsə də, yenə də İrəvanın Moskvaya etimadı qalıb. Azərbaycan ictimaiyyətində isə Lavrovun fəaliyyəti nəticəsində Rusiyaya mənfi münasibət var. Bunu balanslaşdırmaq üçün hesab edirəm ki, Türkiyə-Rusiya formatı faydalı ola bilər".

Artıq Qarabağda status-kvonun dəyişdiyini deyən politoloq bildirib ki, baza prinsipləri də müharibədən əvvəlki mərhələyə aid idi. İndi  isə vəziyyət dəyişib və danışıqlarla yeni prinsiplərin ortaya çıxacağı istisna deyil: "İstənilən halda Azərbaycan ilk növbədə ərazi bütövlüyü məsələsini qabartmalıdır. Çünki bu, Azərbaycanın qarşısına qoyduğu əsas məqsəddir. Yəni, heç bir halda ərazi bütövlüyünün pozulmasına imkan verilməməlidir. Azərbaycan hərbi imkanları vasitəsilə, şəhidlərin qanı bahasına Qarabağda status-kvonu dəyişib. Artıq mövcud şərtlər Azərbaycanın xeyrinədir".
27.10.2020 15:34:00
Oxuma sayı: 24