Azərbaycanda daha 663 nəfər koronavirusa yoluxdu - 9 nəfər vəfat edib
Ölçü:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663  yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 51149 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 41693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8768 nəfərdir.

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.
27.10.2020 15:09:00
Oxuma sayı: 29