Azərbaycan dronları Ermənistanın S-300 raket komplekslərini bu vəziyyətə salıb - FOTOLAR
Ölçü:

Sosial şəbəkələrin rusdilli seqmentində Ermənistanın Azərbaycan ordusu tərəfindən məhv edilmiş S-300 zenit-raket komplekslərinin  fotoları yayılıb.

Koordinat.az xəbər verir ki, “Voennıy osvedemitel” Telegram-kanalında yayılmış fotolara əsasən kompleksin biri tamamilə yanaraq məhv olub, digəri isə yanğından ciddi zədələnib və sıradan çıxıb. Belə görünür ki, kompleksdə raketlər detonasiya edib. Habelə kompleksə daxil olan radar qurğusu da sıradan çıxarılıb. Telegram-kanal kompleksin “Harop” pilotsuz zərbə aparatı ilə vurulduğunu bildirir.

Xatırladaq ki, ordumuz sentyabrın 27-dən bu yana Ermənistanın 6 S-300 zenit-raket kompleksini məhv edib. Onlardan ikisi döyüş əməliyyatlarının əvvəllərində Şuşa ətrafındakı Şuşikənd istiqamətində vurulub. Digər ikisi Qubadlı rayonunun Ermənistanla sərhədində məhv edilib.
26.10.2020 18:08:00
Oxuma sayı: 182