İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
Ölçü:

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində sosial infrastruktur layihələrinə də start verilib.

Koordinat.az xəbər verir ki, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. “Azəriqaz” İstehsalat Birliyindən KoYenisabah.az-a verilən məıumata görə, artıq işğaldan azad olunmuş ərazilərdə qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb.

"Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib. “Azəriqaz” İB işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır” - deyə, "Azəriqaz"dan bildirilib.

26.10.2020 17:22:00
Oxuma sayı: 35